Robert Prosineçki "Qarabağ" klubunun yoxlama oyunlarını izləyəcək
- 30 iyun, 2015
- 07:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Qarabağ" klubunun təlim-məşq toplanışında iştirak edəcək. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis iyulun 2-dən Ağdam təmsilçisinin Avstriyanın Kössen şəhərində keçirəcəyi yoxlama görüşlərini izləyəcək.
O, iyulun 3-də Rumıniyanın "Styaua", iyulun 7-də isə Rusiyanın "Lokomotiv" (Moskva) komandaları ilə matçlara baxacaq.
Qeyd edək ki, "Qarabağ" Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ilk oyununu iyulun 15-də keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Monteneqronun "Rudar" klubunu qəbul edəcək.