Renat Dadaşovun komanda yoldaşı yoxa çıxıb
Futbol
- 12 avqust, 2024
- 19:26
Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.
"Report" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları "Şanlıurfaspor" oyununun iştirak ərizəsində yer almasına baxmayaraq stadiona gəlməyib.
Paytaxt təmsilçisinin baş məşqçisi Cihat Arslan baş verənləri təsdiqləyərək futbolçunun harada olmasından xəbərsiz olduqlarını bildirib.
Qeyd edək ki, dünən I Liqanın ilk turunda "Şanlıurfaspor"la üz-üzə gələn "Ankaragücü" 2:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 9 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb.
Son xəbərlər
18:11
Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Daxili siyasət18:11
Foto
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət18:05
Foto
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-4
Futbol18:03
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
Digər ölkələr17:55
Foto
ANAMA sədri və agentlik əməkdaşları Zəfər abidəsini ziyarət ediblər
Daxili siyasət17:48
Foto
Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
Daxili siyasət17:43
Levan Mamaladze: Gürcüstan-Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür
Region17:40
Müharibə zamanı İranda 7250 nəfər dağıntılar altından xilas olunub
Region17:33