"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb

Futbol
  • 20 noyabr, 2026
  • 15:41
Real Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb

İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə müqavilə müddətinin uzadıldığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.

34 yaşlı qolkiperin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, T.Kurtua 2018-ci ildən "Kral klubu"nun formasını geyinir.