"Real Madrid" öz meydanında məğlubiyyətlə üzləşib - VİDEO

Futbol
  • 13 yanvar, 2018
  • 17:31
Real Madrid öz meydanında məğlubiyyətlə üzləşib - VİDEO

Bakı. 13 yanvar. REPORT.AZ/ "Real Madrid" klubu İspaniya La Liqasının XIX tur matçında evdə "Vilyarreal"a uduzub.

"Report"un məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

Yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub. Bu qələbə sayəsində xallarını 31-ə çatdıran "Vilyarreal" 5-ci pilləyə yüksəlib. Ardıcıl 3-cü qarşılaşmada qol vura bilməyən "Kral klubu" isə 32 xalla 4-cüdür. Amma Zinəddin Zidanın baş məşqçisi olduğu komandanın ehtiyatda bir oyunu var.