"Real" İspaniya millisinin iki müdafiəçisini heyətinə qatmaq istəyir
Futbol
- 13 noyabr, 2024
- 05:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Real" klubu İspaniya millisinin iki futbolçusunu heyətinə qatmaq istəyir.
"Report" "Relevo" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərə təmsilçisi "Tottenhem"də çıxış edən Pedro Perro və Səudiyyə Ərəbistanında "Əl-Nəsr"in formasını geyinən Emerik Laportla maraqlanır.
"Kral klubu" hər iki müdafiəçini yaxından izləmək üçün İspaniya yığmasının UEFA Millətlər Liqasındakı növbəti iki matçına nümayəndələrini göndərəcək.
Ölkə çempionu qış transfer dönəmində bu oyunçuları almaq niyyətindədir.
"Real"da mərkəz müdafiəçisi Eder Militao və cinah oyunçuları Daniel Karvahal ilə Lukas Vaskes zədələniblər.
Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də Danimarka, üç gün sonra İsveçrə ilə üz-üzə gələcək.
Son xəbərlər
16:14
BMT və AQEM qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir
Xarici siyasət
16:13
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Xarici siyasət
16:11
Foto
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb
Xarici siyasət
16:09
Qusarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb
Hadisə
16:04
AQEM sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib
Digər
16:04
Səfir: Pakistan AQEM-in gücləndirilməsinə sadiqdir
Xarici siyasət
16:03
Rəsmi Tehran AQEM sammitinin təşkili və regional əməkdaşlıqdakı səylərinə görə Azərbaycana təşəkkür edib
Region
16:01
Səfir Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq
Xarici siyasət
16:01
İlkin Ağayev: "U-17 Avropa çempionatında dördüncü yeri tutmağımız böyük uğurdur"
Fərdi