“Real”ın heyətində Çempionlar Liqasının qalibi olan futbolçu vəfat edib

Futbol
  • 28 fevral, 2025
  • 02:08
“Real”ın heyətində Çempionlar Liqasının qalibi olan futbolçu vəfat edib

İspaniyanın “Real” (Madrid) klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olan Xavyer Dorado 49 yaşında vəfat edib.

“Report” xəbər verir ki, o, 2022-ci ildən xərçənglə mübarizə aparıb.

İspaniyalı sabiq müdafiəçi 2024-cü ilin mayında sümük iliyi transplantasiyası əməliyyatı keçirib.

Qeyd edək ki, Xavyer Dorado 1999/2000 mövsümündə “Real”ın heyətində UEFA Çempionlar Liqasının qalibi olub.