Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq

Qarabağ
  • 22 oktyabr, 2026
  • 14:46
Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq

Sakinlər qorxu içində çıxdıqları yurdlarına indi sevinc göz yaşları ilə qayıdırlar.

Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Xocalı rayonu Badara kəndinin sakini Cəmilə İsgəndərova deyib.

O, bundan sonra həyatlarına doğma evlərində fərəhlə davam edəcəklərini bildirib:

"Bu yerlərin həsrətini çox çəkdik. Bir vaxtlar qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq. Artıq ömrümüzün qalan hissəsini öz evimizdə, öz ocağımızda fərəhlə yaşayacağıq. Bizim üçün bundan sevincli heç nə ola bilməz. Bu gözəl anları bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

44 filmi