"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Futbol
  • 22 oktyabr, 2026
  • 14:39
Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb.

Xatırladaq ki, "Qalatasaray" - "Fənərbağça" oyunu oktyabrın 26-da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

44 filmi