Ramin Musayev: "Veteranların görüşü AFFA prezidentinin ideyası idi"
- 02 iyun, 2015
- 15:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Qəbələ. 2 iyun. REPORT.AZ/ "Nəticədən çox, oyunun baş tutmağı bizi maraqlandırırdı. Çünki bu, tarixi bir oyun idi və elə bil ki, 19 il əvvələ qayıtdıq". "Report"un məlumatına görə, bunu bu gün Qəbələdə "Qarabağ" və "Neftçi"nin veteran futbolçuları arasında keçirilmiş görüşdən sonra Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev deyib.
PFL prezidenti bildirib ki, "Neftçi" və "Qarabağ" oyununun təkrarı, həmin futbolçuların iştirakı çox sevindirici haldır.
Onun sözlərinə görə, bu görüş veteran futbolçulara hörmət əlaməti olaraq həyata keçirilib: "Bu, AFFA prezidenti Rövnəq Abdullayevin ideyası idi. Bu görüşlə bağlı sabaha da sürprizimiz olacaq. Bəzi oyunçuların oyununa baxdıqda kövrəldim. Bol qollu oyun gözləyirdim. Hakimdən narazı qaldım, hakim, istefa! (gülür)".