Qurban Qurbanov: "Daha baxımlı oyun sərgiləyə bilərdik"

Futbol
  • 02 aprel, 2023
  • 13:50
Qurban Qurbanov: Daha baxımlı oyun sərgiləyə bilərdik

"Daha baxımlı oyun sərgiləyə bilərdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib: "Vacib üç xal qazandıq. Burada oynamaq asan deyil. Hər bir halda futbolçular çox əziyyət çəkdilər. "Şamaxı" oyundan-oyuna xoş təsir bağışlayır".