Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Futbol
  • 25 noyabr, 2022
  • 12:08
Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə göstərilib.

"Report"un məlumatına görə, Uels millisinin qapıçısı Ueyn Hennessi İranla matçın 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, qarşılaşma Uelsin 0:2 hesablı məğlubiyyəti ilə bitib.