“Qəbələ”nin baş məşqçisi Latviya yığmasına rəhbərlik etmək təklifini qəbul etməyib
Futbol
- 20 aprel, 2017
- 09:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 aprel. REPORT.AZ/ “Qəbələ” komandasının baş məşqçisi Roman Qriqorçuk futbol üzrə Latviya milli komandasına rəhbərlik etmək təklifindən imtina edib.
“Report”un LSM nəşrinə istinadən verdiyi məlumata görə, bunu Latviya Futbol Federasiyasının baş katibi Yanis Mejetskis bildirib.
Onun sözlərinə görə, 52 yaşlı ukraynalı mütəxəssis klubda işləməyin onun üçün daha rahat olduğunu əsas gətirərək, təkliflə razılaşmayıb. Bundan sonra komanda Aleksandr Starkova tapşırılıb.
Qeyd edək ki, Roman Qriqorçuk məşqçilik karyerasına Latviyada başlayıb. O, “Dinaburq” (1998-2005) və “Ventspilis” (2005-2009) komandalarına rəhbərlik edib. Ukraynalı mütəxəssis 2015-ci ilin yanvarından “Qəbələ”nin baş məşqçisidir.
Son xəbərlər
13:39
ADSEA: Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
İnfrastruktur
13:29
Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
Milli Məclis
13:27
Abas Miskərli: "Sığorta sektorunda investisiya alətlərinin azlığı əsas problemdir"
Maliyyə
13:26
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiq edib
Region
13:23
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
Milli Məclis
13:19
Video
İspaniyada iki qatar toqquşub, 10 nəfər ölüb
Digər ölkələr
13:17
ASA: Likvidlik tələbləri investisiya qərarlarına ciddi təsir göstərir
Maliyyə
13:16
Hökməli–Qobu–Güzdək avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
İnfrastruktur
13:13
Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər
Milli Məclis