"Qarabağ" Yunanıstan klubundan icarəyə götürdüyü futbolçunu geri göndərəcək

Futbol
  • 11 may, 2018
  • 11:10
Qarabağ Yunanıstan klubundan icarəyə götürdüyü futbolçunu geri göndərəcək

Bakı. 11 may. REPORT.AZ/ "Qarabağ" klubu mövsümün əvvəlində icarəyə götürdüyü Pedro Enrikeni Yunanıstan PAOK-una qaytaracaq. 

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 46 yaşlı məşqçi bildirib ki, braziliyalı hücumçunun icarə müqaviləsi bitdiyi üçün geri göndəriləcək. Digər legionerlərə gəldikdə, Qurbanov Dani Kintana ilə yeni müqavilənin bağlanılması istiqamətində danışıqların getdiyini açıqlayıb. O, Ansi Aqolli ilə də sözləşmənin hələ uzadılmadığını vurğulayıb.

Baş məşqçi Yakub Jezniçakın müqaviləsinin davam etdiyini bildirib: "Sadəcə, onun ayağında zədəsi var. Ardıcıl zədələrlə üzləşdi. Hazırda Polşada öz həkiminin nəzarətindədir".

Qurbanov "Qarabağ"dan gedən və müqaviləsi uzadılanların olacağını diqqətə çatdırıb.

44 filmi