"Qarabağ"ın rəqibi Belçika çempionatında növbəti qələbəsini qazanıb

Futbol
  • 14 noyabr, 2022
  • 04:44
Qarabağın rəqibi Belçika çempionatında növbəti qələbəsini qazanıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent" Belçika çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Heyn Vanhazebrukun baş məşqçi olduğu komanda XVII turda "Kortreyk"in qonağı olub.

Qarşılaşma "Gent"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 33-cü dəqiqədə Endryu Hyulsager, 40-cı və 71-ci dəqiqələrdə İbrahim Salah, 69-cu dəqiqədə Loran Depuart vurub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Gent" 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

44 filmi