"Qarabağ"ın daha bir legioneri cəzalı duruma düşüb
- 23 fevral, 2023
- 21:10
"Qarabağ"ın daha bir futbolçusu avrokuboklarda cəzalı duruma düşüb.
"Report"un məlumatına görə, Julio Romao Belçikada "Gent"ə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda sarı vərəqə görüb. Bu, onun qrup mərhələsindən etibarən 3-cü xəbərdarlığı olub.
"Köhlən atlar" 1/8 finala adlayacağı halda, braziliyalı yarımmüdafiəçi ilk matçda meydana çıxa bilməyəcək.
00:18
"Qarabağ"ın futbolçusu Marko Veşoviç avrokuboklarda cəzalı duruma düşüb.
"Report"un məlumatına görə, buna monteneqrolu sağ cinah müdafiəçisinin Belçikada "Gent"ə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda sarı vərəqə görməsi səbəb olub. Bu, 32 yaşlı oyunçunun qrup mərhələsindən etibarən 3-cü xəbərdarlığıdır.
"Köhlən atlar" "Gent" səddini adlayacağı halda Veşoviç 1/8 finalın ilk matçını buraxmalı olacaq.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.