Qana millisi baş məşqçisi Karluş Keyruşla vidalaşıb
Futbol
- 06 iyul, 2026
- 02:22
Portuqaliyalı mütəxəssis Karluş Keyruş Qana milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
73 yaşlı mütəxəssis komandanın dünya çempionatındakı çıxışından qürur duyduğunu, lakin daha böyük uğurlar əldə edə bilmədiklərinə görə müəyyən məyusluq hiss etdiyini bildirib.
Qeyd edək ki, Qana millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Karluş Keyruş 2026-cı ilin aprelindən Qana millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda qrup mərhələsində Panama üzərində 1:0 hesablı qələbə qazanıb, Xorvatiyaya 1:2 hesabı ilə uduzub, İngiltərə ilə isə qolsuz heç-heçə edib.
Son xəbərlər
00:02
Azərbaycan güləşçiləri Skopyedə keçirilən U-20 Avropa çempionatını 5 medalla başa vurublar
Fərdi23:55
Serbiya lideri: Aİ-nin mesajını anladıq, ancaq bizim üçün yüksək həyat səviyyəsi vacibdir
Digər ölkələr23:33
Vuçiç: Parlament və prezident seçkilərinin vaxtı avqust, ya da sentyabrda açıqlanacaq
Digər ölkələr23:28
Foto
Yasamalda ikimərtəbəli fərdi yaşayış evində güclü yanğın olub
Hadisə23:11
NATO Baltik ölkələrinin havadan mühafizə missiyasının mandatını dəyişib
Digər ölkələr22:57
Sabah Bakı və Abşeron rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika22:40
Foto
Samuxda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Hadisə22:26
Rəşad Sadıqov: "Torpedo"ya qarşı cavab oyununda hər şeyə hazır olmalıyıq"
Futbol22:17