"Binance" vəsaitlərin çıxarılmasına dair bütün məhdudiyyətləri aradan qaldıracaq

Maliyyə
  • 14 noyabr, 2026
  • 15:49
Binance vəsaitlərin çıxarılmasına dair bütün məhdudiyyətləri aradan qaldıracaq

"Binance" kriptovalyuta birjası oktyabr ayında baş verən və 6,3 milyard ABŞ dollarının oğurlanması ilə nəticələnən haker hücumundan sonra gələn həftənin sonunadək yerdə qalan bütün şəbəkələr və aktivlər üzrə vəsaitlərin çıxarılmasını bərpa etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" şirkətin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.

"Binance"dən bildirilib ki, artıq bu həftə 87 şəbəkə üzrə vəsaitlərin çıxarılması əməliyyatlarını bərpa edib.

Agentliyin məlumatına görə, Şimali Koreya ilə əlaqələndirilən haker hücumundan sonra dünyanın ən böyük kriptovalyuta birjasının fəaliyyəti tədricən normallaşır.

Xatırladaq ki, oktyabr ayında haker hücumu nəticəsində "Binance" platformasından 6,3 milyard ABŞ dolları oğurlanıb. Hadisədən sonra "Binance" bəzi şəbəkələr üzrə vəsaitlərin çıxarılmasına məhdudiyyətlər tətbiq edib və müvafiq əməliyyatlara çıxışı mərhələli şəkildə bərpa etməyə başlayıb.

44 filmi