Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb
- 14 noyabr, 2026
- 16:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.
Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarında hərbçilərimizin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, şəhidlərin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.