"Qalatasaray"ın hücumçusu uzun müddətə sıradan çıxıb
Futbol
- 08 noyabr, 2024
- 10:29
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mauro İkardi uzun müddətə sıradan çıxıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Tottenhem"ə qarşı (3:2) matçında çarpaz diz bağlarını qırıb və menisk zədəsi alıb. 31 yaşlı argentinalı futbolçu əməliyyat olunacaq. Onun cari mövsümün sonuna qədər meydana çıxmayacağı bildirilir.
Qeyd edək ki, M.İkardi 2023-cü ilin yayında PSJ-dən "Qalatasaray"a transfer edilib. Ön xətt oyunçusu bu mövsüm meydana çıxdığı 14 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Son xəbərlər
14:31
Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərini araşdırmaq üçün komissiya yaradılıb - YENİLƏNİB
Region14:24
Foto
Əli İskəndərli Avropa çempionatında bürünc medal qazanaraq Azərbaycan idman tarixində ilkə imza atıb
Fərdi14:22
Ramin Məmmədov tələbələrlə görüşüb
Din14:15
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Futbol14:15
Foto
İƏT-ə üzv dövlətlər Düşənbə Bəyannaməsini qəbul edib
Biznes14:04
Fərhad Qaraşov: "Bu il nar istehsalı 5-7 % arta bilər"
ASK14:02
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə14:02
Azərbaycanın paracüdo üzrə milli komandası dünya çempionatında mübarizə aparacaq
Fərdi14:00