Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
- 24 sentyabr, 2026
- 14:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda ümumilikdə 17 kiloqram narkotik vasitə aşkar olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, keçirilən tədbirlər zamanı saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.
Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Ondan 7 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
04:02
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
Maliyyə
03:59
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
Region
03:43
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
İKT
03:10
Fransada etiraz aksiyalarında 200-dən çox adam saxlanılıb
Digər ölkələr
03:01
Ankarada iki ailə arasında silahlı davada 11 nəfər yaralanıb
Region
02:36
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
Digər ölkələr
02:19
Foto
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
Region
01:41
UEFA Millətlər Liqası: Portuqaliya öz meydanında Danimarkaya böyük hesabla uduzub
Futbol
01:26
Fransada 22 milyon insanın şəxsi məlumatları kiberhücum nəticəsində oğurlanmış ola bilər
Digər ölkələr