PSJ "Marsel"i yenərək, çempionluğa xeyli yaxınlaşıb

Futbol
  • 17 aprel, 2022
  • 20:47
PSJ Marseli yenərək, çempionluğa xeyli yaxınlaşıb

Fransa Liqa 1-də XXXII turun mərkəzi görüşü PSJ və "Marsel" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan qolları Neymar 12-ci, Kilian Mbappe 45+4-cü dəqiqədə vurub. Qonaqlardan isə 31-ci dəqiqədə Duye Çaleta-Çar fərqlənib.

Bununla da xalını 74-ə çatdıran PSJ ən yaxın izləyicisi "Marsel"i 15 xal geridə qoyaraq, sona 6 tur qalmış çempionluğa xeyli yaxınlaşıb. Paytaxt komandasını qızıl medaldan cəmi 1 qələbə ayırır.