Premyer Liqanın IX turu "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi üçün yubileylə əlamətdar olub
Futbol
- 27 oktyabr, 2025
- 10:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Kabo-verdeli yarımmüdafiəçinin yubileyi "Sabah"la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.
Qeyd edək ki, Patrik Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, "Qarabağ"da 92 görüşdə 8 qola sevinib, "Araz-Naxçıvan"da isə 8 matçda iştirak edib.
Son xəbərlər
08:50
Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
08:45
ABŞ konqresmeni Rusiya dizelinin idxalına qadağanı xatırladıb
Digər ölkələr
08:29
"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub
İnfrastruktur
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:04
Yaponiya xarici agentlərin məcburi qeydiyyatını təqdim etməyi planlaşdırır
Digər ölkələr
07:38
ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
Digər ölkələr
07:13
Ərəb koalisiyası: Səudiyyə Ərəbistanında husilərin raketləri zərərsizləşdirilib
Digər ölkələr
06:34
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Digər ölkələr
06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb
Digər ölkələr