Premyer Liqa: "Səbail" "Kəpəz"i, "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
  • 25 noyabr, 2023
  • 05:00
Premyer Liqa: Səbail Kəpəzi, Qəbələ Turan Tovuzu qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Səbail" "Kəpəz"i qəbul edəcək.

“ASCO Arena”da reallaşacaq qarşılaşma saat 14:00-da start götürəcək. "Dənizçilər" 21 xalla 4-cü, "Kəpəz" 9 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 8 xalla sonuncu - 10-cu, qonaqlar 15 xalla 8-ci yerdə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XIV tur

25 noyabr (şənbə)

14:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“ASCO Arena”

16:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

44 - Tezliklə