Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Futbol
  • 28 noyabr, 2022
  • 11:58
Premyer Liqa: Şamaxı - Kəpəz oyununda heç-heçə qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Gəncə təmsilçisinin qolunu 11-ci dəqiqədə Mixeil Erqemlidze vurub. 68-ci dəqiqədə Bahadur Həziyev bərabərlik qoluna imza atıb.

Xallarının sayını 11-ə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. 10 xala malik "Kəpəz" 9-cu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Zirə"ni qəbul edəcək. Turun ilk matçında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb