Premyer Liqa: Bu gün “Qəbələ” “Səbail”i, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək
- 07 oktyabr, 2023
- 05:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında IX turun oyunları davam edir.
“Report”un məlumatına görə, bu gün daha iki görüş keçiriləcək.
İlk qarşılaşma Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Səbail”lə üz-üzə gələcək. Mövsümə uğurlu start verən “gəmiçilər” həm bu seriyanı davam etdirməyə, həm də Premyer Liqa çərçivəsində Qəbələdə ilk qələbəsini qazanmağa çalışacaq.
Günün ikinci matçı paytaxtda baş tutacaq. Uğursuz mövsüm keçirən “Sabah” gözlənilmədən liderlər qrupunda yer alan “Araz-Naxçıvan”ı qəbul edəcək. Yeganə qalibiyyətini I turda qazanan “Sabah” uğursuz seriyaya son qoymaq əzmindədir.
Qeyd edək ki, turun açılış oyununda lider “Zirə” “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” görüşləri oktyabrın 8-də keçiriləcək.
Premyer Liqa
IX tur
7 oktyabr
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu
18:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 9 | 6 | 1 | 2 | 9-5 | 19 |
| 2 | Qarabağ | 8 | 5 | 1 | 2 | 16-6 | 16 |
| 3 | Səbail | 8 | 4 | 2 | 2 | 14-11 | 14 |
| 4 | Araz-Naxçıvan | 8 | 4 | 1 | 3 | 8-8 | 13 |
| 5 | Neftçi | 8 | 3 | 3 | 2 | 7-5 | 12 |
| 6 | Turan Tovuz | 9 | 3 | 2 | 4 | 12-11 | 11 |
| 7 | Sumqayıt | 7 | 2 | 2 | 3 | 7-10 | 8 |
| 8 | Qəbələ | 8 | 2 | 1 | 5 | 6-15 | 7 |
| 9 | Sabah | 7 | 1 | 3 | 3 | 10-11 | 6 |
| 10 | Kəpəz | 8 | 1 | 2 | 5 | 5-12 | 5 |
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 5, Aleksandr Ramalinqom (“Səbail”) - 4.