Premyer Liqa: "Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşməyib

Futbol
  • 15 avqust, 2026
  • 20:34
Premyer Liqa: Araz-Naxçıvan - İmişli oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Araz-Naxçıvan" "İmişli"ni qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qolsuz başa çatıb.

Günün ikinci görüşündə "Kəpəz" "Sabah"ın qonağı olacaq.

Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. I turun digər matçları avqustun 16-17-si keçiriləcək.