Portuqaliyalı futbolçu Çempionlar Liqasının tarixinə düşüb
Futbol
- 10 mart, 2022
- 05:16
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Rodriqu Ribeyru UEFA Çempionlar Liqasının tarixinə düşüb.
"Report"un məlumatına görə, portuqaliyalı hücumçu buna İngiltərədə "Mançester Siti"yə qarşı 1/8 final mərhələsinin cavab oyununun 89-cu dəqiqəsində meydana 16 yaş 315-ci günündə ikən çıxmaqla nail olub.
Beləliklə, Ribeyru turnirin pley-off mərhələsində debüt edən ən gənc oyunçu adına sahib çıxıb.
Daha əvvəl Almaniyanın "Borusiyya" (Dortmund) klubunun hücumçusu Yussufa Mukoko 2020-ci ildə 16 yaş 18-ci günündə qrup mərhələsində meydana çıxıb.
Qeyd edək ki, "Mançester Siti" - "Sportinq" görüşü qolsuz bərabərliklə yekunlaşıb. İlk qarşılaşmada rəqibinə 0:5 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb.
Son xəbərlər
19:27
Bakı metrosunda NFC ilə ödənişlərin payı 24 %-ə yaxınlaşıb
İnfrastruktur19:23
Yelisey sarayında "İstəklilər koalisiyası"nın görüşü başlayıb
Digər ölkələr19:22
Suriyada toqquşmada dörd nəfər ölüb
Digər ölkələr19:05
İsrail ordusu Livana zərbə endirib
Digər ölkələr19:01
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında təxirə salınan bir oyun keçirilib
Komanda18:52
Aİ ilə MERCOSUR arasında sərbəst ticarət sazişinin gələcəyi qeyri-müəyyəndir
Digər ölkələr18:43
Foto
Xaraba Gilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib
Mədəniyyət18:26
Foto
Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Region18:25