PFL prezidenti: "Azərbaycan Kubokunun finalının harada keçiriləcəyi bilinmir"

Futbol
  • 02 noyabr, 2023
  • 11:38
PFL prezidenti: Azərbaycan Kubokunun finalının harada keçiriləcəyi bilinmir

“Ölkə Kubokunun finalının harada keçiriləcəyi bilinmir”.

“Report” xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində deyib.

Qurum rəhbəri həlledici qarşılaşmanın məkanının yanvarda müəyyənləşəcəyini söyləyib. O, hazırda ölkə kubokunun sponsorunun olmadığını da vurğulayıb.

44 - Tezliklə