"Omoniya"nın futbolçusu: "Qarabağ"a qalib gəlməyə çalışacağıq"
Futbol
- 24 noyabr, 2021
- 15:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah vacib oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Matça tam hazırıq".
"Report"un məlumatına görə, bunu Kipr "Omoniya"sının futbolçusu Nikolas Panayotu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
21 yaşlı yarımmüdafiəçi bildirib ki, avrokubok matçları onun üçün hər zaman önəmlidir: "Bu, uşaq yaşlarımdan mənim arzum olub. Sabah qələbə üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.
Son xəbərlər
11:57
ARDNF istiqraz yatırımlarının müddət üzrə bölgüsünü açıqlayıb
Maliyyə
11:55
Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır"
İKT
11:51
ARDNF investisiya portfelində istiqrazların payını azaldıb
Maliyyə
11:44
ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb
Maliyyə
11:40
Azərbaycanda oktyabr ayının pensiya ödənişləri yekunlaşıb
Sosial müdafiə
11:39
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
Sağlamlıq
11:39
Foto
Milli Süni İntellekt Mərkəzinin "AI Academy" proqramının ilk buraxılışı baş tutub
Elm və təhsil
11:38
ARDNF III rübdə də qızıl satmayıb
Maliyyə
11:37
İsa Həbibbəyli: Seysmoloji Xidmət Mərkəzinin proqnozları həmişə düz çıxıb
Daxili siyasət