“Olimpiya” klubunun Bakıya səfər proqramı müəyyənləşib
Futbol
- 28 avqust, 2023
- 10:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Sloveniyanın “Olimpiya” klubunun səfər proqramı müəyyənləşib.
“Report”un məlumatına görə, Lyublyana təmsilçisi bu gecə yola düşəcək.
Komandanı Bakıya gətirəcək təyyarənin saat 05:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi planlaşdırılır. Sloveniya çempionu “Fairmont” hoteldə məskunlaşacaq.
Komandanı matçda dəstəkləmək üçün təxminən 15 azarkeşin gəlməsi gözlənilir.
Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. “Qarabağ” səfərdə reallaşan ilk matçda 2:0 hesablı qələbə qazanıb.
Son xəbərlər
15:04
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb
Maliyyə
15:02
Foto
Azərbaycan və Özbəkistan Mərkəzi Bankları qarşıda duran çağırışları müzakirə edib
Maliyyə
15:02
Yaylagül Ramazanova: "Azərbaycan Superkubokunda məqsədim qalib gəlməkdir"
Fərdi
15:01
Elbay Qasımzadə: Bakının tıxac problemi maşınların yox, düşüncəmizin problemidir – MÜSAHİBƏ
Mədəniyyət siyasəti
15:00
Azərbaycan turizmlə bağlı tədbirə ev sahibliyi edəcək
Turizm
14:59
Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb
Sənaye
14:58
Foto
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Xarici siyasət
14:49
400-ə yaxın alim süni intellektə nəzarət üzrə beynəlxalq orqan yaratmağa çağırış edib
Digər ölkələr
14:44
Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb
Futbol