"Nyukasl" Amar Dediçin transferini açıqlayıb
Futbol
- 18 avqust, 2026
- 12:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Nyukasl" klubu Portuqaliyanın "Benfika" komandasının müdafiəçisi Amar Dediçi heyətinə qatdığını açıqlayıb.
"Report" Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Bosniya və Herseqovina millisinin üzvü İngiltərə təmsilçisinin yay "transfer pəncərəsi"ndəki 6-cı transferi olub. Müdafiəçi daha əvvəl Avstriyanın "Liferinq" və "Zaltsburq" klublarında "Nyukasl"ın baş məşqçisi Matias Yaysslenin rəhbərliyi altında çıxış edib. Həmçinin Avstriyanın "Volfsberq" və Fransanın "Marsel" komandalarında da oynayan futbolçu ötən yay "Benfika"ya keçib.
Qeyd edək ki, A.Dediç Bosniya və Herseqovina yığmasının heyətində 31 matça çıxıb.
Son xəbərlər
23:28
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Region22:57
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Digər ölkələr22:38
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Digər ölkələr22:18
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Xarici siyasət21:54
Foto
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Fərdi21:50
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Region21:37
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Digər ölkələr21:36
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Futbol21:22