Niderland millisinin futbolçusu "Liverpul"a keçib
Futbol
- 27 dekabr, 2022
- 04:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın PSV klubunda çıxış edən Kodi Qakpo İngiltərə "Liverpul"una keçib.
"Report" Eyndhoven təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, keçid ölkədə qış transfer dönəmi açıldıqdan sonra baş tutacaq.
23 yaşlı vinger transferdən əvvəl sənədləri imzalamaq və lazımi prosedurlardan keçmək üçün İngiltərəyə gedəcək.
Müqavilənin təfərrüatı açıqlanmasa da, bunun PSV üçün rekord olacağı bildirilir.
Qeyd edək ki, Niderland millisinin də üzvü olan Kodi Qakpo Qətərdə keçirilmiş dünya çempionatında 5 oyuna 3 qolla yadda qalıb. O, cari mövsüm PSV-də 9 qol və 12 məhsuldar ötürmənin müəllifi olub.
Son xəbərlər
09:40
"Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:37
Kamal Umudlu "Roma" – "Real" oyununu idarə edəcək
Futbol
09:34
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Digər ölkələr
09:34
AMB kredit riskləri ilə bağlı son qərarını şərh edib
Maliyyə
09:33
Azərbaycan neftinin qiyməti 131 dolları keçib
Energetika
09:20
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
Komanda
09:08
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
Futbol
09:00
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Futbol
08:58
Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib
Digər ölkələr