"Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib

Futbol
  • 10 iyul, 2026
  • 21:44
Neftçi yoxlama oyununda Serbiya klubunu məğlub edib

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın "Radniçi NİŞ" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Breno Almeyda (2) və Ağadadaş Salyansli vurub.

Xatırladaq ki, "Neftçi" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub.