"Neftçi" Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq

Futbol
  • 10 iyul, 2026
  • 09:25
Neftçi Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" sözügedən ölkədə bu gün növbəti yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın "Radniçi NİŞ" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xatırladaq ki, "Neftçi" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub.

44 - Tezliklə