10 ayda 9 milyard manata yaxın pensiya, müavinət, təqaüd və sosial yardım ödənilib

Maliyyə
  • 27 noyabr, 2026
  • 09:57
10 ayda 9 milyard manata yaxın pensiya, müavinət, təqaüd və sosial yardım ödənilib

Bu ilin yanvar-oktyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 8,75 milyard manat vəsait ödənilib.

"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 764 milyon manat və ya 9,55 % çoxdur.

44 filmi