"Neftçi"nin yeni baş məşqçisi köməkçilərindən ikisini açıqlayıb
Futbol
- 16 sentyabr, 2016
- 08:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 sentyabr. REPORT.AZ/ "Neftçi" futbol komandasının yeni baş məşqçisi Elxan Abdullayev köməkçilərindən ikisini müəyyənləşdirib. Bu barədə "Report"a yaşlı mütəxəssisin özü açıqlama verib.
O, "İnter"lə Azərbaycan Premyer Liqasının V tur matçına komandanı İqor Getman və qapıçılarla işləyən məşqçi Dmitri Kramarenko ilə birgə hazırlaşdıracağını bildirib. 46 yaşlı mütəxəssis məşqçilər korpusunun tam tərkibinin gələn həftə müəyyənləşəcəyini vurğulayıb.
Qeyd edək ki, İqor Getman bunadək "Neftçi"nin U-19 komandasının məşqçisi olub. Dmitri Kramarenko isə əvvəlki baş məşqçilərlə də birgə çalışıb. "İnter"lə görüş sentyabrın 18-də "İnter Arena"da olacaq.
Son xəbərlər
17:16
Sadır Japarov sabah Azərbaycana səfər edəcək
Xarici siyasət
17:15
Elbay Qasımzadə: Universitetləri regiona köçürüb yaşlı müəllimlərə deyək ki, gəlmək istəyirsən, gəl, istəmirsən, gəlmə?
Daxili siyasət
17:14
Ali Radanın deputatı: Humanitar yardımlara görə Azərbaycan Prezidentinə minnətdarıq
Digər ölkələr
17:11
Foto
Azərbaycan ilə Kamboca arasında birgə hərbi təlimlərin keçirilməsi müzakirə olunub
Hadisə
17:10
Foto
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Xarici siyasət
17:06
AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizə üzrə monitorinqlər intensivləşdirilib
Sağlamlıq
17:06
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub
Hadisə
17:03
Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb
Xarici siyasət
17:02
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı açıqlanıb
Futbol