UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı açıqlanıb

Futbol
  • 13 oktyabr, 2026
  • 17:02
UEFA Çempionlar Liqası: Sabah - Slaviya matçına satılan biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyununa satılan biletlərin sayı açıqlanıb.

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 52 min bilet öz sahibini tapıb.

Qeyd edək ki, "Sabah" - "Slaviya" matçı bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

44 filmi