"Neftçi"nin baş məşqçisi: "Güclü rəqibə qarşı oynayırdıq"

Futbol
  • 08 oktyabr, 2023
  • 18:02
Neftçinin baş məşqçisi: Güclü rəqibə qarşı oynayırdıq

"Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX turunun oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis futbolçuların meydanda əllərindən gələni etdiyini bildirib: "Qarabağ"la çempionatdakı digər rəqiblər arasında səviyyə fərqi var. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri və keyfiyyətli oyunçuları var".