"Neftçi" klubu ispaniyalı hücumçu transfer edib
Futbol
- 02 fevral, 2017
- 09:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 fevral. REPORT.AZ/ “Neftçi” klubu qış transfer dönəmində sonuncu futbolçu transferini həyata keçirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Daniel Seqoviya ilə 1,5 illik müqavilə bağlanılıb.
Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib.
Daniel Seqoviya “Neftçi”də 12 nömrəli formanı geyinəcək.
Son xəbərlər
00:21
Foto
Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var
Hadisə
00:14
Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib
Digər ölkələr
23:56
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol
23:50
"The Hill": Şimali Koreya hakerləri "Binance"a hücumun arxasında dayana bilər
Digər ölkələr
23:33
ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır
Digər ölkələr
23:20
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
Digər ölkələr
23:16
Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub
Region
22:43
Uruqvayda hərbi təlim zamanı üç hərbçi boğularaq ölüb
Digər ölkələr
22:30
Foto
Video
Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri
Daxili siyasət