"Neftçi" Avropa Liqasına vəsiqə qazanıb

Futbol
  • 20 may, 2016
  • 16:56
Neftçi Avropa Liqasına vəsiqə qazanıb

Bakı. 20 may. REPORT.AZ/ Avropa Liqasına sonuncu vəsiqənin sahibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Neftçi" klubudur. 

Flaqman Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzsa da, avrokuboklara vəsiqəni təmin edib. Buna paralel keçən oyunda AZAL-ın "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti səbəb olub. 

36 turdan sonra 49 xalla 6-cı olan "Neftçi" "Zirə" və "İnter"in Avropa Liqasına buraxılmamaları səbəbindən qitəmiqyaslı arenada yerini təmin edib. Azərbaycan Kubokunun finalında "ağ-qaralar"ın "Qarabağ"la keçirəcəyi oyunun nəticəsi isə bu vəsiqəyə heç bir təsir göstərməyəcək.

Qeyd edək ki, Avropa Liqasına digər vəsiqələrə "Qəbələ" və "Kəpəz" sahib çıxıb. "Qarabağ" isə Çempionlar Liqasında mübarizə aparacaq.