Gəmi qəzasından sonra Şimali Kiprin hökumət koalisiyası parçalanır – YENİLƏNİB
- 02 sentyabr, 2026
- 23:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Şimali Kiprin Baş naziri Ünal Üstel Girnə sahillərində baş verən gəmi faciəsi ilə bağlı istintaqın sağlam şəkildə aparılması üçün rabitə və nəqliyyat naziri Erhan Arıklını vəzifəsindən azad etdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bu açıqlamadan sonra YDP hökumətdən ayrılıb.
Qeyd edək ki, Şimali Kiprdə hökumət "Ulusal Birlik Partiyası" (UBP) (Milli Birlik Partiyası - MBP), Demokrat Partiyası (DP) və Yenidən Doğuş Partiyasından (YDP) ibarət üçlü koalisiya tərəfindən idarə olunur. Baş nazir Ünal Üstel, eyni zamanda UBP-nin sədridir. Hökumətdə DP Sədri Fikri Ataoğlu baş nazirin müavini vəzifəsini icra edərkən, vəzifədən azad edilən Erhan Arıklı isə YDP-nin sədridir. Üstelin sədrliyindəki koalisiya 2022-ci ilin may ayından bəri vəzifədədir.
"Lakin 9 nəfərin həyatını itirdiyi, itkin sayının isə 19 olduğu Girnə gəmi faciəsindən sonra hökumət çətin vəziyyətdədir", - məlumatda bildirilib.
Şimali Kiprdə Yenidən Doğuş Partiyası (YDP) hökumətdən çəkilmək qərarı alıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Xatırladaq ki, partiya Şimali Kiprdə UBP–DP–YDP koalisiya hökumətində təmsil olunurdu. Partiya sədri Erhan Arıklı uzun müddət nəqliyyat və rabitə naziri vəzifəsini icra edib.
Baş nazir Ünal Üstelin qərarı ilə Erhan Arıklının nazir vəzifəsindən azad edilməsindən sonra, YDP Partiya Məclisi hökumətdən geri çəkilmək (koalisiyadan ayrılmaq) qərarı alıb.