"Neftçi" 21-ci, "Qarabağ" 20-ci dəfə ölkə kubokunda yarımfinala yüksəlib

Futbol
  • 01 mart, 2025
  • 12:10
Neftçi 21-ci, Qarabağ 20-ci dəfə ölkə kubokunda yarımfinala yüksəlib

Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”i mübarizədən kənarlaşdıran “Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, turnirin tarixində mütləq rekorddur.

“Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.

Yarımfinalda iştirak sayında 2-ci olan “Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.

44 - Tezliklə