Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub

Xarici siyasət
  • 11 noyabr, 2026
  • 15:15
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 11-də Gürcüstanın Azərbaycanda yeni səfiri Qiorqi Zakaraşvili ilə görüşüb.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Bildirilib ki, görüşdə zəngin tarixi köklərə, qarşılıqlı etimada və dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələrinin dinamik inkişaf etdiyi, dini sahədə mövcud münasibətlərin daha da möhkəmlənməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın dini müxtəlifliyi, dövlət-din münasibətləri və bu sahədə həyata keçirilən dövlət siyasəti barədə məlumat verən Ramin Məmmədov Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq mühitinin qorunub saxlanıldığını, dinlərarası harmoniyanın və birgəyaşayış mədəniyyətinin təşviq edildiyini vurğulayıb. O bu siyasətin bariz nümunəsi kimi respublikada gürcü-pravoslav dini icmalarının da fəaliyyəti üçün şəraitin yaradıldığını, dövlətin qayğısı ilə əhatə olunduğunu bildirib.

Qiorqi Zakaraşvili ölkədə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edərək, Azərbaycanın tolerantlıq modelinin öyrənilməsi və təşviq edilməsinin önəminə diqqət çəkib. Səfir eyni zamanda Azərbaycanda dini icmaların sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə həmçinin dini təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

44 filmi