Moldovada bütün idman yarışları dayandırıldı
Futbol
- 20 mart, 2021
- 09:35
Moldovada koronavirus pandemiyası ilə əlaqədar bütün idman yarışları qeyri-müəyyən müddətədək dayandırılıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyası qərar qəbul edib.
Beləliklə, Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün oyunlar baş tutmayacaq. Eyni zamanda ölkə yığmasının martın 25-də Farer adaları və martın 31-də İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.
Hazırda Moldova Futbol Federasiyası məsələnin müzakirəsindən ötrü ölkə rəhbərliyi ilə görüşmək niyyətindədir.
Qeyd edək ki, qərar martın 31-dək qüvvədə olacaq.
Son xəbərlər
04:55
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr04:44
ABŞ-da nazirin olduğu təyyarə mühərrikdəki nasazlığı səbəbindən məcburi eniş edib
Digər ölkələr03:48
Mübahisəli cəzadan sonra Obameyanq milli komandadan ayrılıb
Futbol03:13
CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
Digər ölkələr02:37
Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
Digər ölkələr02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir
Digər ölkələr01:46
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
Digər ölkələr01:17
Estoniyanın müdafiə naziri istefa verib
Digər ölkələr00:48