Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib

Futbol
  • 30 yanvar, 2025
  • 06:08
Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, bu raundun ilk qarşılaşmaları eyni gündə təşkil olunub.

"Aznur" "Göyçə"ni 6:3 hesabı ilə üstələyib. "Birbaşa Bakı" "Laçın"ın qapısından 13 cavabsız top keçirib. "Sumqayıt" "Galaxy"ni minimal hesabla yenib - 1:0. "Zirə" isə "Star Bakı"ya şans verməyib - 7:1.

44 - Tezliklə