Millimizin futbolçusu Gəncədən Bakıya xəstəxanaya gətirilir
Futbol
- 16 aprel, 2021
- 10:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Kəpəz" klubunun müdafiəçisi Ümid Səmədov Bakıya gətirilir.
Bu barədə "Report"a Gəncə təmsilçisinin Mətbuat katibi Azad Mustafayev məlumat verib.
Onun sözlərinə görə, mədəaltı vəzində problem aşkarlanan 18 yaşlı oyunçu paytaxtdakı klinikalardan birinə yerləşdiriləcək: "Ümid bir müddət Gəncədə müalicə alsa da, xeyri olmadı. Ona görə də Bakıya göndəriləcək. Özü hərəkət edir, durur-oturur. Sadəcə, ağrıları var".
Qeyd edək ki, Ümid Səmədov I Divizionda XX turunun "Zaqatala" ilə ev oyunundan (1:2) bir gün sonra - aprelin 9-da Gəncədə xəstəxanaya yerləşdirilmişdi.
Son xəbərlər
09:33
Aİ COP31-də istixana qazları emissiyalarının azaldılması üzrə tədbirlər kompleksi təklif edəcək
Digər ölkələr09:33
Duşan Vlahoviç "Beşiktaş"da rekorda imza atıb
Futbol09:21
Klarens Zeedorf "Korintians"ın baş məşqçisi təyin olunub
Futbol09:20
FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 meyit aşkarlanıb
Hadisə09:16
Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə09:07
Foto
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
Fərdi09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.10.2026)
Maliyyə08:59
Axios: Tramp Zelenskiyə qəzəblənib və Rusiyadakı zavodlara hücumların dayandırmasını gözləyir
Digər ölkələr08:47