"Milan"ın hücumçusu karyerasını "Barselona"da davam etdirə bilər

Futbol
  • 17 mart, 2025
  • 10:44
Milanın hücumçusu karyerasını Barselonada davam etdirə bilər
Rafael Leau

"Milan"ın hücumçusu Rafael Leau karyerasını “Barselona”da davam etdirə bilər.

“Report”un “El Nacional”a istinadən məlumatına görə, futbol agenti Xorxe Mendeş 25 yaşlı portuqaliyalı oyunçunun transferi ilə bağlı Kataloniya klubunun prezidenti Xuan Laporta ilə görüşüb və razılığa gəlib.

Hazırda tərəflər müqavilənin şərtləri üzərində çalışırlar.

Qeyd edək ki, R.Leau bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 39 matçda 10 qola, 9 məhsuldar ötürməyə imza atıb.

44 - Tezliklə