“Milan” ilk dəfə bir oyunda iki penalti qaçırıb

Futbol
  • 28 yanvar, 2024
  • 03:40
“Milan” ilk dəfə bir oyunda iki penalti qaçırıb

“Milan” tarixində ilk dəfə A Seriyasının bir matçında iki penalti qaçırıb.

“Report” xəbər verir ki, bu barədə “Opta” analitik nəşri məlumat yayıb.

İtaliya A Seriyasının 22-ci turunun “Milan” - “Bolonya” matçında meydan sahibləri iki dəfə penaltidən dəqiq yararlana bilməyiblər. Olivye Jiru 42-ci, Teo Ernandes isə 75-ci dəqiqədə uğursuz cəhd edib.

Matç bərabərə bitib – 2:2.

Qeyd edək ki, bu oyundan sonra “Milan” 46 xal toplayıb. Stefano Piolinin komandası A Seriyasının turnir cədvəlində üçüncüdür. “Bolonya” isə 33 xalla yeddincidir.

44 - Tezliklə