Dünya çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda məğlub olub - YENİLƏNİB-2

Fərdi
  • 07 oktyabr, 2026
  • 14:22
Dünya çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda məğlub olub - YENİLƏNİB-2

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində məğlub olub.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı qazaxıstanlı Abilayxan Zubanazara cərimə xalları hesabına uduzub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda estoniyalı Saad Dikayevi ipponla məğlub edib.

V.Qələndərzadə növbəti mərhələdə qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovu məğlub edib.

V.Qələndərzadə 1/16 finalda estoniyalı Saad Dikayevlə üz-üzə gələcək.