"Milan" baş məşqçisi Ruben Amorimlə yolları ayırmağı düşünmür
- 17 sentyabr, 2026
- 20:59
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Milan" klubunun baş məşqçisi Ruben Amorimin Avropa Liqasında "Benfika"ya məğlubiyyətdən sonra istefaya göndərilməsi gündəmdə deyil.
"Report" xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Mövsümə "Torino" və "Venesiya" üzərində qələbələrlə başlayan "Milan"ın sonrakı nəticələri Ruben Amorimin fəaliyyəti ilə bağlı suallar yaradıb. Komandanın müdafiədə qeyri-sabit, hücumda isə səmərəsiz çıxış etdiyi bildirilir. Azarkeşlər də baş məşqçinin heyət seçimindən narazıdırlar.
Klubun sahibi Cerri Kardinale ilə Amorim cümə axşamı son nəticələri və komandanın gələcək planlarını müzakirə edəcək. Buna baxmayaraq, 5 oyundan sonra portuqaliyalı mütəxəssisin istefası gözlənilmir. Klub rəhbərliyi Amorimi uzunmüddətli layihə üçün uyğun baş məşqçi hesab edir.